!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu müstəqillik dövrünün ən çox məhkum sayını əhatə edən əfv sərəncamıdır” - DEPUTAT

!Reklam – Yazi

“Əfv sərəncamı humanist, hər bir ailəyə sevinc bəxş edən addım kimi dəyərləndirilməlidir. Bu prezidentin, Azərbaycan hakimiyyətinin öz vətəndaşına olan münasibətidir”.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı haqda fikirlərini səsləndirən Milli Məclisin Deputatı Arzu Nağıyev Yenicag.az-a açıqlamasında deyib.


O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı 801 nəfər məhkumun həm cəzasının azaldılması, həm də azadlığa buraxılması istiqamətində atılmış mühüm əhəmiyyət kəsb edən addımdır:

“Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə 801 nəfərin azadlığa buraxılması müstəqillik dövrünün ən çox məhkum sayını əhatə edən əfv sərəncamıdır. Əfv olunanların siyahısında müxtəlif kateqoriyalı şəxslər yer alıb. Əsas məsələ onların islah olunmasıdır. Həmin şəxslərin ailələrinin maddi və mənəvi, eyni zamanda sosial-məişət problemləri nəzərə alınıb.

Əfv sərəncamı humanist, hər bir ailəyə sevinc bəxş edən addım kimi dəyərləndirilməlidir. Bu prezidentin, Azərbaycan hakimiyyətinin öz vətəndaşına olan münasibətidir. Ona görə də əfv sərəncamı yalnız alqışlanmalıdır.

Əfv sərəncamı böyük arealı əhatə etməsilə mühüm əhəmiyyət kəsb edir. Mayın 10-una qədər bu fərman öz icrasını tapacaq. Bununla bağlı penitensiar sistem, eyni zamanda aidiyyatı qurumlar öz işlərini aparacaq. Hər bir vətəndaş da Azərbaycanın gələcəyinin parlaq olması yolunda addım atmalıdır.”.

Nəsimi Ələsgərli

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv