!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkə diplomatlarını İsraildən çıxardı

!Reklam – Yazi

Kolumbiya İsraillə diplomatik əlaqələri kəsib. 

Yenicag.az xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro açıqlayıb.

“Bir söz yaşamaq, üsyan etmək, bayraq qaldırmaq, müqavimət göstərmək ehtiyacını əsaslandırır. Bu, “Qəzza” sözüdür. Bu, “Fələstin” sözüdür. Bunlar bombalarla parçalanmış, öldürülmüş qızlar və oğlanlar, uşaqlardır. Burada, sizin qarşınızda keçid hökuməti, respublika prezidenti söz verir ki, İsrail dövləti ilə diplomatik əlaqələr kəsiləcək, çünki onun prezidenti və hökuməti soyqırımı törədir. Düşünürəm ki, bu gün küçədə olan bütün insanlar, milyonlarla insan bizimlə razıdır. Belə bir şey ola bilməz, soyqırımı dövrü qayıda bilməz, bütöv bir xalqın gözümüzün qabağında məhvi bir daha baş verə bilməz. Fələstin ölsə, bəşəriyyət öləcək, biz buna icazə verə bilmərik”, – deyə Petro bildirib.

Kolumbiyanın Xarici İşlər Nazirliyi bu gün İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar fonunda ölkənin diplomatik heyətinin yəhudi dövləti ilə diplomatik əlaqələri kəsdikdən sonra vətənə qayıdacağını açıqlayıb.

İsrail Xarici İşlər Nazirliyi də öz növbəsində Kolumbiya prezidentini antisemitizmdə ittiham edib./unikal

www.yenicag.az

97
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv