!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkə xarici tələbələr üçün viza qaydalarını sadələşdirir

!Reklam – Yazi

Almaniya xarici beynəlxalq tələbələr üçün viza qaydalarını sadələşdirir.

Yenicag.az xəbər verir ki, “Schengenvisainfo” portalının məlumatına görə, mart ayından qüvvəyə minən “İxtisaslı işçilər haqqında” qanun Almaniyada tələbə vizası ilə gələn əcnəbilərə işləməyə icazə verir.

Bundan əlavə, təhsilin başlamasına 9 ay qalmış tələbə vizası alıb Almaniyaya daxil olmaq və bu müddət ərzində yarım gün (həftədə 20 saata qədər) işləmək mümkün olacaq. Güman edilir ki, bu doqquz ay ərzində belə viza sahibləri ingilis və ya alman dili kursları keçə, qəbul üçün ərizə hazırlaya və ölkə ilə tanış ola bilərlər. Əvvəllər belə bir vizanı əldə etmək mümkün olsa da, belə vizanın sahibinə işləmək qadağan edilirdi və bu, maliyyə imkanı zəif ailələrdən olan tələbələri narahat edə bilərdi.

Tələbə vizası sahibləri təqvim ilində 120-140 gün tam və ya 280 gün part-time işləyə bilərlər.

“İxtisaslı işçilər haqqında” qanuna əsasən, Almaniya universitetini bitirmiş Aİ-dən kənar ölkələrin vətəndaşları qanuni olaraq 18 ay ölkədə qala və bu müddət ərzində iş axtara biləcəklər. Onlar öz ixtisasları üzrə iki il işlədikdən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər. Təhsilini başa vurduqdan sonra əldə etdikləri ixtisasdan kənar işləmək istəyənlər viza növünü dəyişərək tələbə vizası əvəzinə ixtisaslı işçi vizası və ya Mavi Kart almalı olacaqlar./Qaynarinfo

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv