!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə 100-dən çox aviareys təxirə salındı

!Reklam – Yazi

Yaponiyada şənbə günü axşam saatlarından etibarən Yapon dənizi boyunca bir sıra bölgələrdə tüğyan edən qarlı hava səbəbindən azı 106 daxili reys təxirə salınıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında Niiqata əyalətinin mərkəzi prefekturasına təxminən 90 sm, Hokkaydo əyalətinin şimal prefekturasına 40 sm qalınlığında qar yağıb. Bir sıra rayonlarda küləyin sürəti saniyədə 35 m-ə çatıb.

Müvafiq qurumlar sahilboyu ərazilərin və qonşu prefekturaların sakinlərini lazımsız yerə evlərini tərk etməməyə çağırıb.

Pis hava şəraitinin çərşənbə axşamına qədər davam edəcəyi gözlənilir.

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv