!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə COVID-19 pasportları ləğv edilir

!Reklam – Yazi

İtaliyada COVID-19 pasportların tətbiqi aprel ayından etibarən şəhər nəqliyyatı və bir sıra müəssisələrdə tədricən azaldılacaq.

Yenicag.az xəbər verir ki, hökumət may ayının 1-dən bu sənədin tətbiqindən tam imtina etməyi planlaşdırır.

Pasportun koronavirus testinin nəticəsinə əsaslanan baza sənədi ilə əvəzlənəcəyi bildirilib.

Qapalı məkanlarda maska taxmaq məcburiyyəti aprelin 30-da qədər davam edəcək. Apreldən stadionlarda yer sayı ilə bağlı məhdudiyyət də aradan götürüləcək.

Eyni zamanda, yoluxmuş şəxslə təmasda olanlar üçün karantin də ləğv olunacaq.

Peyvənd olunmaq yalnız tibb işçiləri üçün məcburi qalacaq.

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv