!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hökumət üzvlərinə “Telegram” və “WhatsApp” qadağan edildi

!Reklam – Yazi

Fransada hökumət üzvlərinə “Telegram”, “WhatsApp” və “Signal” proqramlarından istifadə qadağan edilib.

Yenicag.az “Le Figaro”ya istinadən xəbər verir ki, Baş Nazirlik tərəfindən verilən sirkulyarda hökumət nümayəndələrindən telefonlarından bu proqramları silmələri istənilib.

Bu qərar məxfi məlumatları ehtiva edən görüşlər üçün təhlükəsizliyi gücləndirmək məqsədi ilə qəbul edilib. Bildirilib ki, hökumət üzvləri ən geci dekabrın 8-dək yerli “Olvid” mesajlaşma tətbiqini quraşdırmalıdırlar.

Qeyd edək ki, “Olvid” proqramı 2019-cu ildə iki fransız kibertəhlükəsizlik mütəxəssisi tərəfindən yaradılıb./İqtisadiyyat.az

 

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv