!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə koronavirus təhlükəli infeksiya sayılmayacaq

!Reklam – Yazi

“Bütün əlamətlər göstərir ki, Gürcüstanda koronavirus pandemik yayılmadan endemik yayılmaya keçir”.

Yenicag.az xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə deyib.

O bildirib ki, Gürcüstanda epidemioloji vəziyyətin sürətli templərlə yaxşılaşdığını təsdiqləyən bütün göstəricilər var:

“Bu, o demək deyil ki, vəziyyət diqqətdə saxlanılmamalıdır. Qoruyucu maskadan imtina etmək hələ olmaz. Hesab edirik ki, infeksiyanın yayılması pandemik deyil, daha lokal olacaq”.

Qeyd edək ki, Gürcüstanda COVID-19-a ilk yoluxma faktı 2020-ci ilin fevralın 26-da qeydə alınıb. Hazırkı dövrədək virusa 1 639 678 nəfər yoluxub ki, onların da 1 564 011-i müalicə olunaraq sağalıb, 16 612-si isə vəfat edib./Report/

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv