!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə nəqliyyat və aviasiya işçiləri tətil etdilər

!Reklam – Yazi

İtaliyada ictimai nəqliyyat və aviasiya sənayesinin işçi heyəti milli tətil edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər və hava limanlarının yerüstü işçi heyəti 4 saatlıq tətil ediblər. Buna səbəb kimi işçilərin müqavilələrinin yenilənməməsi göstərilir.

Paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə avtobus, metro və tramvay xətlərinin hərəkətində fasilələr yaranıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub, ictimai nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

Aviasiya sənayesinin işçi heyətinin tətilinə bəzi hava yolu şirkətləri də qoşulub. Nəticədə ölkədəki hava limanlarında yüzlərlə daxili və beynəlxalq aviareys ləğv edilib, uçuşlarda gecikmələr olub.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv