!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkədə ölümcül virus yayılır - Məktəblər, ofislər bağlandı

!Reklam – Yazi

Hindistanın Kerala əyaləti nadir və ölümcül beyin zədələnməsinə səbəb olan Nipah virusunun yayılmasına nəzarət etmək üçün bəzi məktəbləri, ofisləri və ictimai nəqliyyatı bağlayıb.

Yenicag.az xəbər verir ki, iki nəfərin ölümünə səbəb olan Nipah virusunun yayılmasına nəzarət etməyə çalışan səlahiyyətlilər bu virusun bədən mayeləri ilə keçən nadir bir virus olduğunu bildiriblər. Rəsmilərin sözlərinə görə, virus yoluxmuş yarasaların, donuzların və ya insanların bədən mayeləri ilə birbaşa təmas zamanı yayılır.

Səhiyyə rəsmisi xəstəxanada 1 böyük və 1 uşağın hələ də yoluxduğunu və 130-dan çox insanın virusa görə yoxlanıldığını bildirib.

Nipah virusu ilk dəfə 1999-cu ildə Malayziya və Sinqapurda donuz fermerləri və digər heyvanlarla yaxın təmasda olan insanlar arasında yayılan xəstəlik zamanı aşkar edilib. Keralada ilk Nipah epidemiyasında, yoluxmuş 23 nəfərdən 21-i ölüb, 2019 və 2021-ci illərdə baş verən epidemiyalar daha 2 nəfərin həyatına son qoyub.

Araşdırmalar göstərir ki, Kerala viruslarını yayan yarasalar üçün qlobal miqyasda ən çox risk altında olan yerlərdən biri kimi müəyyən edilib./unikal

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv