!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkələr sərhədlərini Rusiya və Belarusa bağlayır

!Reklam – Yazi

Polşa, Latviya, Litva və Estoniya quru sərhədlərini Rusiya və Belarusa bağlayır.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna infrastruktur nazirinin müavini Mustafa Naim bildirib.

Məlumata görə, Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiya və Belarusa məxsus yük maşınları üçün quru yolları tamamilə bağlayacaq, bununla da Rusiyanın tam təcridi həyata keçəcək.

“Ötən həftə biz rəsmi şəkildə Rusiya və Belarusun istənilən avtomobil yollarının bağlanması ilə bağlı müraciət etmişdik. Müraciətimizə dərhal reaksiya verilib. Yekun nəticəni gözləyirik”, – nazir müavinin qeyd edib.

Qeyd edək ki, Ukraynadakı müharibədən sonra Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bununla belə, Rusiya daşınmalar quru yolu ilə gerçəkləşdirilir.

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv