!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkələrdə uşaqlar arasında virus yayıldı

!Reklam – Yazi

Dünyanın bəzi ölkələrində uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusu yayılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (ECDC) məlumatında bildirilir.

Kəskin hepatit virusuna yoluxma halları əsasən Avropa və Şimali Amerikada uşaqlarda müəyyən edilib.

Təkcə Böyük Britaniyada 111, Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniyada təxminən 55 belə hal qeydə alınıb.

Xəstəliyin mənşəyi məlum olmadığı üçün ECDC effektiv nəzarət tədbirlərini müəyyən edə bilmir.

Mütəxəssislər ümumi gigiyena qaydalarına riayət olunmasını, o cümlədən əllərin hərtərəfli gigiyenası, azyaşlıların tez-tez olduğu yerlərin təmizlənməsi və dezinfeksiya olunmasını tövsiyə edir.

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv