“Etihad Eyrveys” aviaşirkəti Azərbaycan, Bəhreyn, Misir, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, eləcə də bu ölkələrdən olan uçuş qiymətlərini azaldır.
Yenicag.az-ın məlumatına görə, şirkətin yeni qiymət siyasəti əlavə baqajsız uçanlara şamil ediləcək. Belə ki, sərnişinlər özləri ilə 7 kiloqram çəkidə əl baqajı götürə bilərlər, əlavə baqaj üçün isə ödəniş edilməlidir.
Bildirilir ki, “Etihad Eyrveys” siyasətini ötənilki zərər fonunda dəyişir.
Qeyd edək ki, 2017-ci ildə şirkətin zərəri 1,52 milyard dollar təşkil edib./Trend/