!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkələrə girişi QADAĞAN edilən DÜNYA ULDUZLARI - ARAŞDIRMA 

!Reklam – Yazi

Dünya ulduzları daim fərqli ölkələrə dəvət edilir, həmin ölkələrdə konsert verir və ya müxtəlif tədbirlərə qatılır. Amma hər millətin sənət anlayışı fərqlidir. Hətta bəzi ölkələrdə populyar sənətçilərin konsert verməsi qadağan edilib.

Yenicag.az dünyanın ən məşhur 10 müğənnisinin hansı ölkələrdə konsertinə veto qoyulmasını və səbəblərini təqdim edir.

2000-lərin ən çox dinlənilən mərhum sənətçisi Emi Uaynhausun Amerikada konsert verməsi qadağan edilmişdi. İlk dəfə 2007-ci ildə deportasiya edilən Uaynhaus narkotikə görə Norveçdə saxlanılmışdı. Buna görə də ABŞ tərəfindən veto qərarı verilmişdi.

Əfsanəvi müğənni və bəstəkar Bob Dilanın Çində konsert verməsi qadağan edilib. Buna səbəb isə onun konsertlərinin Çin mədəniyyətinə uyğun olmamasıdır.

Çinin qadağa tətbiq etdiyi müğənnilərdən biri də islandiyalı sənətçi Björkdür. O, konsert boyunca, “Tibet, tibet”, “Bayrağını qaldır!” – deyə qışqırdığı üçün hökumət tərəfindən sanksiya tətbiq edilib.


Pop kraliça Madonna İsrailə səfər etdiyi üçün Misir səfirliyi tərəfindən ona viza verilməsi qadağan olunub. Belə ki, 2004-2005-ci illərdə Misir-İsrail arasında konflikt var idi. Ona görə də Misir hökuməti Madonnadan İsrailə səyahət etməməsini xahiş edib. Amma Madonna buna əhəmiyyət verməyib və nəticədə Misirə girişi qadağan edilib.

Qadağa tətbiq edilən ulduzlardan biri də Beyonsedir. Malayziyada konsert verməsi tamamilə ləğv edilən müğənninin əxlaqsızlığı təbliğ etməsi iddia edilib.

Şahanə Paşa

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv