Bu ölkələrin nazirləri Azərbaycana gəlir – FOTO

Banqladeşin Baş Naziri Şeyx Hasina Vazed, Xarici İşlər naziri Abdul Momen və Nepalın Baş naziri Xadqa Praşad Şarma Oli Azərbaycana səfər edəcəklər.

Yenicag.az xəbər verir ki, Baş Nazir və Xarici İşlər naziri səfər zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə qatılacaqlar.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, sammit zamanı quruma sədrlik üç il müddətinə Azərbaycana keçəcək.

COP29