Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına səfəri oktyabrın 27-də başa çatıb.
Yenicag.az xəbər verir ki, Prezident Nikolas Maduronu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və digər rəsmi şəxslər yola saldılar.
***
Kubanın Prezidenti Migel Diaz-Kanelin Azərbaycan Respublikasına səfəri oktyabrın 27-də başa çatıb.
Kubanın Prezidenti Migel Diaz-Kaneli Heydər Əliyev Beynəlxalq Aeroportunda Təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola saldılar.
***
Tanzaniyanın Baş Naziri Kassim Majalivanın Azərbaycan Respublikasına səfəri oktyabrın 27-də başa çatıb.
Tanzaniyanın Baş Naziri Kassim Majalivanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və digər rəsmi şəxslər yola saldılar.