!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkəyə giriş üçün PCR test tələbi ləğv edilir

!Reklam – Yazi

Mayın 20-dən İsrailə gələn şəxslər üçün PCR test tələbi ləğv edilir və ölkəyə gələn əcnəbilərə mayın 10-dan etibarən təyyarəyə minməzdən əvvəl antigen testindən keçməyə icazə verilir.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

“Ben Qurion hava limanına enən sərnişinlərin 20 may 2022-ci il tarixindən etibarən PCR testindən keçməsinə ehtiyac qalmayacaq. Qərar yoluxma göstəricilərinin azalması ilə əlaqədar və aparılan müşahidələrin nəticələrinə əsasən qəbul edilib. Bundan əlavə, bu çərşənbə axşamından etibarən İsrailə uçan əcnəbilərə təyyarəyə minməzdən əvvəl antigen testindən keçməyə icazə veriləcək. Antigen testi seçən turist İsrailə yola düşməzdən əvvəl 24 saat ərzində testdən keçməlidir”, – deyə açıqlamada deyilir.

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv