!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Paşinyan iqtidarının devrilməsi riski ilə bağlı ola bilər” – Azər Qasımlı

!Reklam – Yazi

“Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərlərin üzərindən dəqiq nə isə demək çətindir”. 

Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.

Analitik erməni mətbuatında Nikol Paşinyanın baş nazir vəzifəsindən sentyabrda istefa verəcəyi haqqında yayılan xəbərlərdən söz açıb.

Məsələyə münasibət bildirən siyasi şərhçi əlavə edib ki, indiki mərhələdə Paşinyanın istefası real görünmür:

“Lakin deyiləcək tək bir söz varsa, bu da sərhəddə baş verməsi gözlənilən genişmiqyaslı müharibə riskidir. Çoxdandır ki, mən bunu söyləyirəm. Hesab edirəm ki, müharibənin olması ehtimalı çox yüksəkdir və vəziyyət müəyyən mənada çıxılmazdır. Hərbi əməliyyatların olmasında maraqlı olan dövlət isə Rusiyadır. Çünki Moskva Paşinyan hakimiyyətini devirmək istəyir”.

Onun sözlərinə görə, əgər belə bir ehtimal varsa, bu ehtimal yalnız müharibə və Paşinyan iqtidarının devrilməsi riski ilə bağlı ola bilər: “Çünki İrəvanda başa düşürlər ki, genişmiqyaslı müharibə həm Ermənistan dövlətçiliyi, həm də Paşinyan iqtidarı üçün müəyyən problemlərə gətirib çıxaracaq. Məhz buna görə də Paşinyan bunu çox gözəl anlayır”.

“Seçki ehtimallarına gəldikdə isə bu mənə görə yenilikdir. Kimsə bu haqda nələrisə yaza bilər, amma ortada hələlik bir şey yoxdur. Məncə, bu iddialar rəsmi olmadığı kimi, həmçinin yalan da ola bilər.

Əslində, seçki məsələsi elədir ki, gərək, hökumət özü xalqın qarşısına çıxıb bunu açıqlamalıdır. Bundan sonra nəyisə dəyərləndirmək mümkündür. Əgər belə bir məsələ realdırsa, bu, yalnız müharibə ilə bağlıdır”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, erməni mətbuatı Paşinyanın istefaya getmə səbəblərini işğal altında olan kəndlərin Azərbaycana təhvil verilməsi kim iqiymətləndirib. Sözügedən informasiya sosial şəbəkələrin erməni seqmentində rezonansa səbəb olub.

Qeyd edək ki, daha sonra erməni mətbuatı xəbərin 1 aprel zarafatı olduğunu bildirib.

Rafi Müslümov

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv