!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu peyvənd artıq koronavirusdan qorumur

!Reklam – Yazi

Rusiyanın Sputnik V peyvəndi koronavirusdan qorumur.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki, Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq yerli KİV-ə açıqlamasında deyib

Onun sözlərinə görə, orijinal dərman ilk iki il ərzində – 2020-ci ilin avqustundan təxminən 2022-ci ilin iyuluna qədər COVID-19-a qarşı immunitet təmin edib.

“2022-ci ilin yayının ortalarından başlayaraq, Omicron 1, 2 və 3 variantları ortaya çıxanda Sputnik V-in səmərəliliyi 8 dəfə azalıb”, – Gintsburq izah edib.

“Omicron”un Kraken kimi tanınan XBB.1.5 variantının təqdim edilməsindən bəri peyvənd qoruma təmin etməyi dayandırıb. Bu səbəbdən akademik hesab edir ki, 2022-ci ilin yayında dərmanın antigen tərkibini dəyişmək lazım idi.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv