!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu postsovet ölkəsində rus dilində məktəblər tamamilə ləğv olunur – Baş plan

!Reklam – Yazi

Estoniya məktəblərində rus dilində təhsilin tamamilə aradan qaldırılması istiqamətində işlər yekunlaşdırılıb. 

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Estoniyanın Təhsil Nazirliyi ölkədə 2035-ci ilə qədər rus məktəblərinin ləğvini nəzərdə tutan planı təqdim edib.

Məlumata görə, həmin plana əsasən, Estoniyanın dövlət büdcəsindən maliyyələşdirilən bütün məktəblərdə tədris yalnız eston dilində aparılacaq.

Parlamentdə bu məsələnin müzakirəsi zamanı yalnız Mərkəzçi partiyadnı təmsil edən deputatlar sözügedən planın əleyhinə çıxıblar.

Bu barədə danışan Estoniyanın təhsil naziri bildirib ki, ölkədə fəaliyyət göstərən 3 min müəllimin eston dili bilgisi yetərli səviyyədə deyil. Müəllimlər müvafiq dil kurslarına göndərilsə də, onların yalnız 2-5 faizi kursu müvəffəqiyyətlə başa vurur.

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv