!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu proseslər baş tutmasa, Qarabağda hərbi əməliyyatlara start verilə bilər" - MÖVQE

!Reklam – Yazi

“Ermənilərin şovinist baxışlarını sıradan çıxarmaq üçün çox işləmək lazım gələcək”.

Bu fikri son dönəm keçirilən danışıqlar fonunda atəşkəsin pozulması halları, aqressiyanın artması və bunun səbəblərini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, Qarabağdakı ermənilərə qarşı hələ Azərbaycan təzyiqə başlamayıb:

“Qarabağdakı ermənilərin ciddi və uzunmüddətli dirəniş göstərəcəyi inandırıcı deyil. Ermənilərin şovinist baxışlarını sıradan çıxarmaq üçün çox işləmək lazım gələcək. Azərbaycan diqtəsi ilə onları reallıqları qavramağa məcbur etməlidir.

Uzun illər boyu kilsə təbliğatının təsiri altında əxlaqları, dünya görüşləri zəhərlənmiş bu xalq nə qlobal, nə də regional miqyasda dəyişikliklərə adekavt dərk etmək iqtidarındadır.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan kimi baş nazir Nikol Paşinyan da ermənilərdən ayılmağı, ətraflarında gedən proseslərə real münasibət bəsləməyi tələb edir. Siyasi səviyyədə məsələlər bəzi məqamlarda öz həllini tapırsa, hansısa erməninin sayıqlamaları vəziyyəti dəyişə bilməz. Müəyyən qədər müqavimət göstərə bilərlər. Onlara qarşı hələ təzyiq başlamayıb, özlərini sərbəst hiss edirlər, ona görə də, boşboğazlıq edirlər.

Zənnimcə, proseslərin yeni mərhələsi başlamaqdadır. Bu prosesləri inandırmaq və müəyyən təlqinlər hesabına həyata keçirməyə çalışılacaq. Bunlar baş tutmadıqda isə hərbi əməliyyatlara start verilə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv