!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu proseslər Rusiyanın Cənubi Qafqazda məğlubiyyətinə gətirib çıxara bilər" - SİYASİ ŞƏRHÇİ

!Reklam – Yazi

“Ukraynada hasil olan nəticə Cənubi Qafqazda da özünü göstərəcək”.

Bu sözləri Cənubi Qafqazda böyük güclərin savaşı, bunun fonunda Azərbaycan-Ermənistan münasibərtləri və bu savaşdan hansı tərəfin qalib çıxacağını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Cənubi Qafqazda böyük güclərin strateji savaşını açıq şəkildə müşahidə etmək olur:

“Regionda strateji maraqların toqquşması aydın nəzərə çarpır. Burada strateji maraqları olan ölkələrin hansının ədalətli mövqe tutduğunu, hansının bu məsələyə səmimi yanaşdığını izah etmək lazım gəldikdə günahların bərabərləşdirilməsi prinsipindən çıxış etmək olar.

Bölgəni qatıb-qarışdıran Rusiyadır. Bölgədə sülhün əldə olunmasını əngəlləyən Rusiyadır. Üstəlik Ermənistanla Azərbaycan arasında toqquşmanı mümkün edəcək tərəf də rəsmi Moskvadır. Rusiya indiyə qədər etdiyi hərəkətlərlə sübut etdi ki, Qarabağ müharibəsinin başlamasında əsas detonator rolunu oynayıb, daha sonra prosesin nizama salınması ilə bağlı məsələlərdə də pozucu mövqe tutub.

Bu gün açıq-aşkar sülhməramlılar, Rusiya mətbuatı Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya etməsinə maneçilik törədir. Az qala Qarabağı Rusiya torpağı kimi təqdim etməyə çalışırlar. Ermənilərə “tələsməyin, Ukrayna müharibəsi bitən kimi sizə Rusiya pasportları verəcəyik” deyirlər.

ABŞ-nin mövqeyində sülhyaratma məsələsi ilə bağlı hər hansı nöqsan görə bilmirəm. Onlar bizim ərazi bütövlüyünü tanıyır. Erməni azlığının Azərbaycan cəmiyyətinə inteqrasiya xəttini qəbul edirlər. Bunu qəbul etməyən Rusiyadır. Paşinyan əvvəlki liderlərdən nə qədər müsbət mənada fərqlənsə də, onun da siyasətində sürüşkənlik, tez-tez mövqe dəyişkənliyi müşahidə edirik. Regionda kimin üstünlük qazanması isə Ermənistan və Azərbaycandan asılıdır. Moderator kimi hansı qüvvə qəbul ediləcəksə, o da üstünlüyə yiyələnəcək. Azərbaycan və Ermənistan ABŞ və Avropa İttifaqına etimad göstərir. Son nəticədə rusların bu bölgədə məğlubiyyətinə gəririb çıxara bilər. Bu proseslər Ukraynadakı proseslərlə eyni gedir”.

Səxavət Məmməd

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv