!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu qanuna ən yaxın dövrdə dəyişikliklərin edilməsi gündəmə gələcək” – Partiya sədri

!Reklam – Yazi

“Eyni zamanda, nəzərə almalıyıq ki, bu qanunla bağlı beynəlxalq təşkilatların da rəyləri hələ daxil olmayıb”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanunun dəyişdirilməsi ehtimalını dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasi partiyalar haqqında qanuna ciddi dəyişikliklərin edilməsi zəruridir:

“Mənə belə gəlir ki, bu barədə qəti fikir bildirməzdən əvvəl bizim partiyaya münasibətdə məntiqi sonluğu gözləmək daha doğru olar. Amma fikrimcə, məsələyə ümumi şəkildə yanaşsaq, götürülən bu kurs ciddi korrektə edilməlidir.

İstər demokratik inkişaf, istər milli təhlükəsizlik, istərsə də ölkənin beynəlxalq imici baxımından çoxpartiyalı sistem və siyasi plüralizmə zidd olan bu qanun dəyişməlidir.

Qanunvericilik təşəbbüsü olan orqanlar istənilən vaxt istənilən qanunu dəyişə bilir. Hesab edirəm ki, siyasi partiyalar haqqında qanuna ciddi dəyişikliklərin edilməsi zəruridir.

Eyni zamanda, nəzərə almalıyıq ki, bu qanunla bağlı beynəlxalq təşkilatların da rəyləri hələ daxil olmayıb. O baxımdan, düşünürəm ki, bu qanuna ən yaxın dövrdə dəyişikliklərin edilməsi gündəmə gələcək”.

A.Zeynalov

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv