!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qanunlara dəyişikliklər təsdiqləndi - DETALLAR

!Reklam – Yazi

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də nağdsız qaydada həyata keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, nağdsız qaydada həyata keçirilən hesablaşmaların dairəsi genişləndirilməklə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qəbul ediləcək.

Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

Özəl tibbi praktika – ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyətdir.

***

Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və Gömrük Məcəlləsinin maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək.

Dəyişikiklə həmin vəsait müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının (DGK nəzərdə tutulur – red.) xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə, gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf ediləcək.

Bundan başqa, vəsaitin 7 faizi dövlət büdcəsinə köçürüləcək.

Eyni zamanda vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

***

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi veriləcək.

Bu, Prezident İlham Əliyevin Miqrasiya Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan veriləcək.

Dəyişiklik 2023-cü ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq.

***

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Bu, Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.

***

Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən əcnəbilərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək – 1600 manat;
2 ilədək – 1800 manat;

2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək – 1400 manat;
2 ilədək – 1600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:
1 il 6 ayadək – 1200 manat;
2 ilədək – 1400 manat məbləğində dövlət rüsumu alınacaq.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

www.yenicag.az

278
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv