!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu qanunun mürəkkəbi qurumadan ona nəsə düzəliş etməliyik?” – Millət vəkilindən ETİRAZ

!Reklam – Yazi

“Venesiya Komissiyası ilə vaxtilə əməkdaşlıq edilib və onların məqbul tövsiyələri nəzərə alınıb”.

Bu fikirləri Venesiya komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu “Siyasi Partiyalar haqqında” yeni qanunla bağlı birgə yekun rəyində irəli sürülmüş tövsiyələrə münasibət bildirən Milli Məclisin deputatı Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra bu məsələnin gündəmə gətirilməsinin məqsədi anlaşılmır:

“Bu qanun layihəsi ətrafında kifayət qədər ictimai müzakirələr aparılıb, layihə Milli Məclisdə üç oxunuşdan keçib və artıq qəbul edilib. Bununla da məsələ yekunlaşıb.

İndi Venesiya Komissiyasının həmin qanunla bağlı tövsiyəsi bizim üçün “Quran” ayəsidir? Onlar elə düşünür, biz isə belə…

Qanun qüvvəyə minib. Onun mürəkkəbi qurumadan nəsə düzəliş etməliyik? Venesiya Komissiyası ilə vaxtilə əməkdaşlıq edilib və onların məqbul tövsiyələri nəzərə alınıb.

Layihə onlara da göndərilmişdi və rəy veriləndən sonra təkliflər cilalanıb qanun formasına salınıb. İndi bu məsələni qaldırmaq, gündəmə gətirmək nəyə lazımdır, anlamıram”.

A.Zeynalov

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv