!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qidalar ürək, şəkər, insult xəstəliklərinə SƏBƏB olur - ÜST-dən XƏBƏRDARLIQ

!Reklam – Yazi

Ümumdünya Səhiyyə Təşkilatı insanlara xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, ÜST şəkər əvəzedicilərinin sağlamlığa vurduğu ziyanla bağlı çağırış edib. Onlar bildirib ki, şəkər əvəzediciləri, yəni şəkərsiz qənd, kalorisiz biskvitlər normal şirniyyatlardan daha zərərlidir.

Belə ki, həmin məmulatlar ürək xəstəlikləri, II tip diabet, insult kimi xəstəliklərə yol aça bilər. Çünki həmin məhsullar yağsız olsalar da, tərkiblərində xeyli sayda kimyəvi qatqılar var. Həmçinin sözügedən sintetik dadlandırıcılar da asılılıq yarada bilər.

Eyni zamanda ÜST qeyd edib ki, hər kəs yediyi qidaların tərkibinin təmizliyinə əmin olmalıdır: “Sırf arıqlamaq üçün belə mənşəyi bilinməyən məhsullardan istifadə etmək olmaz”, – deyə məlumatda qeyd edilib.

www.yenicag.az

776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv