!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qurum bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

!Reklam – Yazi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, o cümlədən sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək.

Belə ki, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.

Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

ADY, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə 18 mart tarixinə əlavə 2 reys, 19 və 20 mart tarixlərinə isə əlavə 1 reys təyin edib.
Qeyd edək ki, 18 mart tarixində sərnişin qatarı saat 08:25, 08:45 və 17.00-da Bakıdan Ağstafaya yola düşəçək. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir.

19 və 20 mart tarixlərində isə sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəçək.

Bayram günlərində Abşeron Dairəvi Dəmiryolu xətti üzrə həyata keçirilən sərnişindaşımalara gəlincə isə qatarlar istirahət günlərindəki ənənəvi qrafikə uyğun hərəkətdə olacaqlar.

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv