!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qurumun regional idarələri yenidən formalaşdırılacaq – SİYAHI

!Reklam – Yazi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bəzi regional idarələri yenidən formalaşdırılacaq.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün ANAMA-nın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın regional idarələri yenidən formalaşdırılacaq.

ANAMA bu regional idarələrin tərkibində fəaliyyət göstərəcək həkimlərin (həkim-terapevt, təcili yardım üzrə həkim, həkim-anestezioloq-reanimatoloq, həkim-travmatoloq-ortoped, həkim-ümumi cərrah) işə dəvət olunduğunu da açıqlayıb.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv