!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu qüvvələr təxribatlara əl ata bilərlər: Sülhə kimlər mane OLUR?

!Reklam – Yazi

“Delimitasiya və demarkasiya məsələsinin öz həllini tapması regionda ciddi toqquşmaların baş verməsi ehtimalını minimuma endirir”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında başlayan delimitasiya və demarkasiya işlərinin sülh müqaviləsinin imzalanması istiqamətində mümkün təsirlərindən danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində məğlub olan və üzərinə müəyyən öhdəliklər götürərək, üçtərəfli bəyanata imza atan Ermənistan verdiyi vədlərə əməl etməsə də, Azərbaycan onu sülhə məcbur etdi.

“Təkbətək görüşlərin keçirilməsi, işğal altındakı kəndlərin Azərbaycana qaytarılması, delimitasiya və demarkasiya çərçivəsində işlərin başladılması sülhün əldə olunması üçün ən böyük addımlardan biridir. Azərbaycan Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülh istəyən əsas qüvvələrdən biri olaraq hər zaman istər üçtərəfli, istərsə də çoxtərəfli görüşlərdə öz sülhməramlı mövqeyini nümayiş etdirib”, – deyə o bildirib.

Deputat qeyd edib ki, delimitasiya və demarkasiya məsələsinin öz həllini tapması regionda ciddi toqquşmaların baş verməsi ehtimalını minimuma endirir:

“Buna baxmayaraq, Ermənistanda revanşist və sülh istəməyən qüvvələr mövcuddur. Məhz həmin qüvvələr təxribatlara əl ataraq, sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistanın gördüyü işlərə kölgə salmaq istəyə bilərlər. Ancaq hər iki tərəf bunun tamamilə əleyhinədir. Ümid edirik ki, Ermənistan da mövqeyində səmimi olacaq və baş verə biləcək təxribatların qarşısını alacaq.

Əlavə olaraq, beynəlxalq siyasi müstəvidə 2024-cü ilin sülh ili olacağı ilə bağlı gözləntilər mövcuddur. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün istər Qazaxıstan prezidentinin İrəvana gedərək, vasitəçilik etmə təşəbbüsün ortaya qoyması, istər Almaniyanın bu məsələdə mövqeyi yaxın perspektivdə tərəflər arasında müqavilənin imzalana biləcəyi ehtimalını artırır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv