Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bu rayonlarda qaz olmayacaq

45072Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu gün saat 1000-dan 1500-dək Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranmasına məqsəd diametri 530 mm-lik “Digah-Bilgəh” orta təzyiqli qaz kəmərinin bir hissəsinin kipliyinin yoxlanılmasıdır.

Qeyd edək ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.

www.yenicag.az

231