!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, Rusiya-Ukrayna müharibəsi deyil, Putin-Ukrayna müharibəsidir" - Hərbi ekspert

!Reklam – Yazi

“Putinin şərtlərini qəbul etmək Ukrayna dövlətçiliyinin yoxa çıxması deməkdir”.

Bunu Ukrayna-Rusiya müharibəsinin geridə qalan beş gününü şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazovun sözlərinə görə, Rusiya qarşıya qoyduğu planı beş gün ərzində həyata keçirə bilməyib:

“Paytaxt Kiyev, Xarkov şəhərləri tutulmadı. Ukrayna hakimiyyəti, ordusu Putinə dirəniş göstərdi. Rusiyanın döyüşə buraxdığı 150 minlik qoşun, demək olar ki, sıradan çıxarılıb. Plana uyğun olaraq ehtiyatda olan qoşunları cəbhəyə gətirirlər. Bundan başqa, Rusiyada səfərbərlik elan edilməsi gözlənilir. Yarım milyona yaxın çağırışçı silahlana bilər. Həmçinin yaxın günlər ərzində Belarus da müharibəyə qatıla bilər. Belarus hazırda bildirir ki, onlar döyüşə qatılmayıblar, sadəcə olaraq öz ərazilərindən rus qoşunlarına istifadə etmələri üçün icazə verirlər.

Dünən tərəflər arasında görüş keçirildi. Ancaq görüş zamanı bir an da olsa, döyüşlər səngimədi. Burada Rusiyanın səmimiyyətindən danışmaq olmaz. Ukraynalılar bilir ki, döyüşüb ölmək daha yaxşıdır, nəinki Putinin şərtlərini qəbul etmək.

Ukraynanın dirənişi Putini qıcıq edib. Ona görə də Putin bütün hirsini həm dövlətdən, həm xalqdan, həm də hakimiyyətdən çıxır. Görünən odur ki, yaxın iki gündə Ukrayna ordusu mübarizə əzmini göstərəcəksə, Putin geri çəkilmək məcburiyyətində qalacaq. Artıq Ukraynaya hava hücumundan müdafiə sistemləri, Rusiya istehsalı olan qırıcılar gəlir. Qərb istehsalı olan qırıcılar Ukraynaya ona görə verilmir ki, Ukrayna pilotları Rusiya istehsalı olan qırıcılar üzrə ixtisaslaşıblar. Ukraynaya hava hücumundan müdafiə sistemləri gətirildikdən sonra Ukrayna səmasına bu ölkənin özü hakim olacaq. Havada hökmranlıq Ukrayna tərəfinə keçəcəksə, artıq Rusiyanın bombardımanlarına da son qoyulacaq.

Hazırda Ukrayna qoşunlarının mühasirəyə alınma planı var. Ancaq mütəxəsislər də deyir ki, bu plan baş tutmayacaq. Düşünürəm ki, ilk iki gündən fərqli olaraq Ukrayna xalqının və ordusunun əhval-ruhiyyəsi çox yüksəkdir. Putinin ən böyük səhvi o oldu ki, böyük şəhərlərə girəndə onu duz-çörəklə qarşılayacaqlarını düşündü. Tək Xarkov əhalisinin 60-70 faizi ruslardır. Ruslar belə Rusiyaya qarşı döyüşür. Bu, Rusiya-Ukrayna müharibəsi deyil, Putin-Ukrayna müharibəsidir”.

Səxavət Məmməd

www.yenicag.az

1024
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv