!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, Rusiyanı daha ciddi şəkildə məhv etmək üçün qurulmuş tələdir" - ŞƏRH

!Reklam – Yazi

“Krım körpüsünün partladılması planlı şəkildə Rusiyanı aqressivləşdirmək üçün qurulmuş tələdir”.

Bu sözləri Rusiyanın aqressivləşməsinin verə biləcəyi nəticələrə toxunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında deyib.

Sərdar Cəlaloğlu bildirib ki, Rusiyanı Ukrayna müharibəsinə təhrik edənlər indi də onu aqressivləşməsini istəyirlər:

“Krım körpüsünün partladılması planlı şəkildə Rusiyanı aqressivləşdirməkdir. Körpü partlayandan sonra Rusiya beynəlxalq hüququ kobud şəkildə pozub, müharibə cinayətləri hesab edilən addımlar atıb. Bu da Avropa ölkələrinə və ABŞ-yə Rusiyaya qarşı addımlar atmağa əsas yaradır. ABŞ Prezidenti Co Bayden Rusiyanın terrorist dövlət kimi tanınmasının əleyhinə olduğunu, ərazisində hər hansısa əməliyyatın aparılmasının düzgün olmadığını deyirdisə, bu gün Putin və Kremlin beynəlxalq məhkəmələr qarşısında cavab verməsinin zəruri olduğunu və Ukraynaya hər cür silah verəcəkləri ilə bağlı bəyanat verib.

Ruslar özləri deyirdi ki, Ukrayna müharibəsinə ABŞ və Avropa ölkələri təhrik etdi. Son hadisələr də Rusiyanı daha ciddi şəkildə məhv etmək üçün qurulmuş tələdir. Sadəcə, Rusiyada təmkinli, uzağı görən siyasətçilər yoxdur. Bir qrup avantürist, korrupsioner məmurlar var. Onlar bu cür addımlar atmaqla qeyri-bərabər döyüşə girirlər. Bu döyüşdə də uduzacaqlar”.

Səxavət Məmməd

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv