!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu sahələrdə çalışanlara SEVİNDİRİCİ XƏBƏR: Maaşları artdı - SİYAHI

!Reklam – Yazi

“Kənar ölkələrin iqtisadiyyatındakı çöküş istər-istəməz Azərbaycanın daxili bazarına da öz təsirini göstərir. Bu da nəticə etibarilə işçinin özünü təmin edə bilməməsi və daha artıq maaş tələb etməsinə səbəb olur”.

Bunu Bakıda orta aylıq əməkhaqqının ötən ilə nisbətən 10% artması və bu artımın daha çox hansı sahələrdə müşahidə edilməsi məsələsini şərh edərkən iqtisadçı ekspert Rəşad Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

O, Bakıda orta aylıq əməkhaqqının daha çox neft, ticarət və tikinti sektorlarında artdığını bildirib:

“Biznes strukturlarının çoxu Bakıda cəmləşib. Bu da paytaxtda orta aylıq əməkhaqqının artmasına daha çox təsir edən amillərdən biridir. Dövlətin apardığı uğurlu siyasət sahibkarları işçilərlə əmək müqavilələrini daha şəffaf şəkildə bağlamağa məcbur edir. Əvvəl isə sahibkarlar əmək müqaviləsini göstərməkdən çəkinirdilər.

Bizdən asılı olmayaraq qiymət artımı getdikcə davam edir. Buna təsir edən bir çox amillər var. Məsələn, Rusiya-Ukrayna müharibəsi, Türk lirəsi və Rusiya rublunun dəyər itirməsi və s. Yəni kənar ölkələrin iqtisadiyyatındakı çöküş istər-istəməz Azərbaycanın daxili bazarına da öz təsirini göstərir. Bu da nəticə etibarilə işçinin özünü təmin edə bilməməsi və daha artıq maaş tələb etməsinə səbəb olur.
Ümumilikdə, Bakıda orta aylıq əməkhaqqının daha çox neft, ticarət və tikinti sektorunda artdığını deyə bilərik. Çünki Azərbaycan iqtisadiyyatında adını qeyd etdiyimiz sahələrə daha çox yük düşür. Bu ağırlıq onları hərəkətliliyə məcbur edir. Əvvəlki dövrlərin statistikasında da neft sektorunda əməkhaqqının digərlərinə nisbətən daha çox artığı qeyd olunub”.

Sadiq Cavadov

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv