!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu səbəbdən yarım milyondan çox video SİLİNDİ

!Reklam – Yazi

TikTok yarım milyondan çox videonu silib.

Yenicag.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. Bildirilir ki, TikTok islamçı yaraqlıların İsrailin cənubunu işğal etməsi ilə bağlı dezinformasiyadan ibarət yarım milyondan çox videonu silib.

Qeyd olunur ki, Qəzza zolağında mövcud vəziyyətlə bağlı dezinformasiyaya qarşı mübarizə məqsədilə 500 mindən çox video silinib, 8 min canlı yayım bağlanıb.

Çinin ByteDance şirkətinə məxsus TikTok platforması komanda mərkəzi yaratdığını, zorakı məzmunun aşkarlanması üçün sistemlərini yenilədiyini, ivrit və ərəb dillərində danışan moderatorları əlavə etdiyini bildirib.

Xatırladaq ki, oktyabrın 11-də Aİ-nin Rəqəmsal Komissarı Breton İlon Maskı Qəzza zolağı ətrafında eskalasiya ilə bağlı qeyri-dəqiq xəbərlərə görə Twitter-də məzmuna nəzarət tətbiq etməyə çağırıb.

Aİ hətta sosial şəbəkəni sanksiyalarla hədələyib.

Breton oxşar xəbərdarlığı TikTok və Meta-ya (Facebook, Instagram, WhatsApp və Oculus-a sahib olan) edib.

Xuraman Etibarlı

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv