!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu səbəblər Ermənistanla Azərbaycan arasında sülhə imkan vermir” - TƏHLİL

!Reklam – Yazi

“Əsas səbəb Paşinyan hakimiyyətinin özündə iradə tapmayıb sülh müqaviləsini imzalamaqdan imtina etməsidir. Çünki Paşinyanı bu addımından sonra gözləyən çox böyük təhlükələr var”.

Bunu Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın sülh müqaviləsinə imza atmamasının səbəblərindən danışan Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan ərazisi qədim Azərbaycan torpaqları hesabına yaradılıb:

“XX əsrin əvvəllərinə qayıtsaq, Azərbaycan Demokratik Respublikası yaranan zaman ərazisinin 114 min kv/km olduğunu görərik. Sonradan SSRİ təşkil olunan zaman və Ermənistandan azərbaycanlıların deportasiya siyasəti nəticəsində Azərbaycan ərazisi 86.6 min kv/km-ə düşüb. Ermənistanın ərazisi isə 29.8 min kv/km qəbul edilib. Yəni Ermənistan ərazisi qədim Azərbaycan torpaqları hesabına yaradılıb. İrəvan şəhərinin Ermənistana paytaxt verilməsi qərarı isə yadımızdan çıxmayıb, çıxmayacaq. Bu, tarixin ən böyük səhv addımlarından biri kimi qiymətləndirilməlidir”.

Politoloq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasının səbəblərini açıqlayıb:

“Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasının bir neçə səbəbi var.

Əsas səbəb Paşinyan hakimiyyətinin özündə iradə tapmayıb sülh müqaviləsini imzalamaqdan imtina etməsidir. Çünki Paşinyanı bu addımından sonra gözləyən çox böyük təhlükələr var. Birinci və əsas təhlükə Rusiyanın Ermənistanda olan təzyiq mexanizmləridir. Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının Paşinyan hakimiyyəti üçün təhlükəsi hər kəsə məlumdur. Bu səbəbdən Ermənistan hakimiyyəti daxilən Azərbaycanın ərazi bütövlüyünü tanısa da, özündə iradə tapıb bu addımı rəsmiləşdirə bilmir.

Rusiyanın Cənubi Qafqazda çox ciddi maraqları var. Bu səbəbdən kapitulyasiya aktına imza ataraq üzərinə öhdəlik götürən Ermənistanın tapşırıqları yerinə yetirməsinə imkan vermir.

Hazırda Qarabağ ərazisində Ermənistan ordusunun tör-töküntüləri olan hərbi qulluqçuları var. Həmin qanunsuz hərbi birləşmələrə isə sülhməramlı adı altında fəaliyyət göstərən rus kontingenti dəstək olur. Yəni Rusiyanın bölgədə olan maraqları Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına imkan vermir.

Üçtərəfli razılaşma ilə Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsində cənub qonşumuz İranın da pis mənada rolu böyükdür. Ermənilərdən daha erməni olaraq Zəngəzuru özünün “qırmızı xətt”i bəyan etməsi, onlara dəstək göstərməsi sülhün təmin olunmasına imkan vermir. Ermənistandakı revanşist qüvvələrin atdığı addımlar buna əyani sübutdur. Çünki həmin revanşist qüvvələr Rusiyadan, İrandan və Fransadan böyük dəstək alır.

Paşinyan güclü iradəyə sahib lider deyil. Həmçinin hakimiyyətinin güclü olduğunu da hiss etmir. Paşinyan iradəsiz, mövqesiz, sadəcə seçkilər yolu ilə hakimiyyətə gələn şəxsdir. Ancaq erməni xalqının məğlub lideri sülh üçün yenidən seçdiyini dərk etmir.

Əgər Paşinyan müharibənin başlayacağını və yenidən məğlubiyyətə uğrayacağını bilsə, onda da tamamilə başqa dilemma qarşısında qalacaq.

Paşinyanın hazırda əsas məqsədi ortalıqda oynamaq, vaxt qazanmaq, müxtəlif ölkələrlə əlaqələr qurub yenidən güclənmək və yenə də öz separatçı fəaliyyətlərini davam etdirməkdən ibarətdir. Azərbaycanın gec-tez Ermənistanın bu cür hərəkətlərinə son qoyacağını dərk etməlidilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv