!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu şəbəkənin çökdürülməsi üçün dövlət orqanları ilə yanaşı, vətəndaşlarımız da...” – RƏY

!Reklam – Yazi

“Hər bir vətəndaş birmənalı olaraq bilməlidir ki, İran Azərbaycana qarşı düşmən mövqeyində dayanıb”.

Bu fikirləri İranın Azərbaycanda formalaşdırdığı casus şəbəkəsinin zərərsizləşdirilməsinə yönəlik həyata keçirilən tədbirlər haqda danışan millət vəkili Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, insanlarımız da vətəndaş mövqeyi tutmalıdırlar və bu hala qarşı birlikdə mübarizə aparılmalıdır:

“İranın Azərbaycana qarşı təhdidlərinin və ölkədə gərginlik yaratmaq cəhdlərinin dəfələrlə şahidi olmuşuq. Adı çəkilən ölkənin bu çərçivədəki fəaliyyətinin kulminasiya nöqtəsi isə Azərbaycanın Tehrandakı səfirliyinə edilən və bir vətəndaşımızın şəhid olması, ikisinin isə yaralanması ilə nəticələnən xain terror hücumudur.

Bütün bunlar onu göstərir ki, İran dövləti Azərbaycana qarşı məqsədyönlü şəkildə terror siyasəti yeridir. O baxımdan İranın Azərbaycandakı şəbəkəsinin zaman-zaman ifşa edilməsi, oraya cəlb olunanların aşkarlanması və lazımi tədbirlərin görülməsi yönündə ölkəmizin hüquq-mühafizə orqanlarının, xüsusilə Dövlət Təhlükəsizliyi Xidmətinin hər zaman olduğu kimi, indi də ayıq-sayıq olduğunu vurğulayaraq, həyata keçirilən tədbirləri təqdir edirəm.

Digər tərəfdən, hər bir vətəndaş birmənalı olaraq bilməlidir ki, İran Azərbaycana qarşı düşmən mövqeyində dayanıb və ona görə də hər birimiz maksimum diqqətli olmalıyıq.

Azərbaycan işğalçı Ermənistanı darmadağın etdisə, dövlətimizin, onun müvafiq strukturlarının buradakı İran şəbəkəsinin çökdürməsində heç bir problem ola bilməz. Ancaq bu məsələdə dövlət qurumlarının öz funksiyalarını yerinə yetirmələri ilə yanaşı, insanlarımız da vətəndaş mövqeyi tutmalıdırlar və bu hala qarşı birlikdə mübarizə aparmalıyıq”.

A.Zeynalov

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv