!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şəxsin başçılıq etdiyi partiya qeydiyyata alınmadı

!Reklam – Yazi

Ədliyyə Nazirliyi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkarlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.

Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə 5418 nəfər üzvün məlumatlarını təqdim edib. Lakin onlardan 4819 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilməyib.

“Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 26 nəfərin başqa partiyanın üzvü olduğu, 64 şəxsin öldüyü və 3 şəxs barədə məlumatların təkrarlandığı aşkar olunub. Eyni zamanda reyestrdə adları qeyd olunmuş şəxslərlə əlaqə saxlanılarkən onlardan 141 – i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü olmadıqlarını bildirib. Həmçinin qeyd edirik ki, 1 telefon nömrəsi 18 partiya üzvünə münasibətdə əlaqə telefon nömrəsi kimi göstərilib”, – Ədliyyə Nazirliyinin cavabında qeyd olunub.

Nazirlik çatışmazlıqların aradan qaldırılması üçün KXCP-yə 30 gün vaxt verib.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP və Ağ partiya da var.

 

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv