Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu şəxsin ziyarət etdiyi adamlar ölür - FOTOLAR

Sinopun Durağan rayonunda bələdiyyə sədri Ahmet Kılıçaslan hansı xəstəyə baş çəkirsə, bir müddət sonra həmin adam dünyasını dəyişir.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bələdiyyə sədrinin üzləşdiyi bu qəribə təsadüflər gülüş obyektinə çevrilib. Belə ki, camaat arasında “Sədr deyil, Əzrayıldır mübarək” zarafatı geniş yayılıb.

Qayğıkeş bələdiyyə sədri xəstə yatağında olan sakinləri ziyarət edir. Onlarla xəstə yatağında çəkdirdiyi şəkilləri sosial mediada paylaşdıqdan qısa müddət sonra həmin xəstələrdən bəzilərinin dünyasını dəyişməsi Kılıçaslanı hədəf nöqtəsinə çevirib.

Bundan başqa bələdiyyə sədri Türkiyənin sabiq ədliyyə naziri Bəkir Bozdağ ilə də şəkil çəkdirib. Bu hadisədən çox keçməyib ki, nazir öz tutduğu postdan uzaqlaşdırılıb.

Bu da əhali arasında növbəti dedi-qodu obyektinə çevrilib.

www.yenicag.az

5836