!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şəxslər iki dəfədən artıq sədr seçilə bilməyəcək

!Reklam – Yazi

Qiymətləndiricinin fəaliyyətinə xitam verilməsi halları müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsində qeyd olunub.

Qanun layihəsinə görə, aşağıdakı hallarda qiymətləndiricinin fəaliyyətinə xitam verilir:

– qiymətləndirici Qiymətləndiricilər Palatasının üzvlüyündən çıxmaq barədə ərizə ilə müraciət etdikdə;

– bu Qanunun 22.1.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbirinin tətbiqindən sonra 1 (bir) il ərzində qiymətləndirici qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin və qiymətləndiricinin etik davranış qaydalarının tələblərini yenidən pozduqda;

– qiymətləndirici üzvlük haqqını 6 (altı) aydan artıq müddətdə ödəmədikdə;

– qiymətləndirici vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan olunduqda və ya xəbərsiz itkin düşmüş hesab edildikdə;

– qiymətləndiricinin fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

– qiymətləndirici qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkum olunduqda;

– qiymətləndiricinin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinə, o cümlədən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

– Qiymətləndiricinin fəaliyyətinə İntizam Komissiyasının rəyi ilə Qiymətləndiricilər Palatası Rəyasət Heyətinin qərarı ilə xitam verilir və o, Qiymətləndiricilər Palatasının üzvlüyündən çıxarılır və bu barədə məlumat Qiymətləndiricilər Palatası üzvlərinin reyestrinə daxil edilir.

– Bu Qanunun 24.1.2-ci və 24.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda, qiymətləndiricinin fəaliyyətinə xitam verilməsi və onun Qiymətləndiricilər Palatasının üzvlüyündən çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.

– Bu Qanunun 24.1.2-ci maddəsində nəzərdə tutulmuş halda bu Qanunun 24.3-cü maddəsinə uyğun olaraq məhkəmə qərarı qanuni qüvvəyə minənədək, İntizam Komissiyasının rəyi əsasında Qiymətləndiricilər Palatasının Rəyasət Heyəti həmin qiymətləndiricinin fəaliyyətini dayandıra bilər.

– Bu Qanunun 24.1.1 – 24.1.3-cü maddələrində göstərilən əsaslar üzrə Qiymətləndiricilər Palatasının üzvlüyündən çıxarılmış şəxs onun barəsində Qiymətləndiricilər Palatası Rəyasət Heyətinin qərarının qəbul olunduğu tarixdən azı 1 (bir) il keçdikdən sonra bu Qanunun 6-cı maddəsi ilə müəyyən olunmuş qaydada ixtisas imtahanı verə bilər.

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv