!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu siyasət davam edərsə, Ermənistan mövcudluğunu dayandıracaq" - Baqdasarov

!Reklam – Yazi

“Bu siyasət davam edərsə, Ermənistan mövcudluğunu dayandıracaq”.

Yenicag.az xəbər verir ki, bu barədə Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov Alpha News-da bildirib.

O bildirib ki, Ermənistan-Rusiya münasibətləri gələn ildə daha da pisləşəcək. Çünki Rusiyada artıq belə bir anlayış var ki, baş nazir Paşinyan Qərb ölkələrinin köməyi ilə Ermənistanı “uçuruma aparır”.

“Ermənistan-Rusiya münasibətlərinə gəlincə, bu münasibətlər daha da pisləşəcək. Düşünürəm ki, burada artıq (nəhayət, Paşinyanın hakimiyyətinin 6-cı ilində) bir adamın Qərb ölkələrinə arxalanaraq Ermənistanı uçuruma aparması barədə anlayış var. Mən Qərbə yönəlməyin əleyhinə deyiləm, amma həmişə belə bir sual verirəm: Ermənistan başa düşürmü ki, nəsə baş versə, kim köməyinə çata bilər? Heç kim”, – erməni politoloq deyib.

Baqdasarovun sözlərinə görə, hazırda Ermənistan üçün bir nömrəli vəzifə “Dünyanın kəsişməsi” deyil, bacarıqlı silahlı qüvvələrin yaradılması, müvafiq silahların əldə edilməsi və Yaxın Şərqdə baş verənləri diqqətlə öyrənməkdir.

“Niyə kiçik HƏMAS güclü İsrail ordusuna bu qədər uğurla müqavimət göstərir? Hizbullah niyə İsraildən qorxmur? Ermənistanda belə hərbi peşəkarlar varmı? Sual budur.

Dünyada erməni diasporu çox böyükdür, onu tapmaq, cəlb etmək, öyrənmək, həyata keçirmək olarmı? Bunu etmək lazımdır.

Belə siyasət davam edərsə, Ermənistan nəinki mövcudluğunu dayandıracaq, Eçmiədzində nə erməni kilsəsi, nə də mərkəzi olacaq. Assuriya xalqının tarixini bilirsinizmi? Qoy ermənilər öz torpaqlarına hakim olmaqdan əl çəkməsinlər”, – Baqdasarov qeyd edib .

Xuraman Etibarlı

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv