!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu sürücülər cərimələnəcək - VİDEO

!Reklam – Yazi

Məktəblərin ətrafında avtomobili düzgün park etməyən sürücülər cərimələnəcək.

Nəqliyyat vastələrinə və piyadalara mane olan maşınlar evakuatorla cərimə meydançalarına aparılacaq.

Bu barədə ”Xəzər Xəbər”ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, Agentliyin ərazilərdə xidmət aparan əməkdaşları ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş rejimdə işləyəcək.

Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Əgər hansısa nəqliyyat vasitəsi hərəkətə mane olacaqsa, onlar da ərazidən yol polisi tərəfindən təxliyə olunacaq.

Mais Ağayev onu da bildirib ki, nəqliyyat sıxlığı nəzərə alınaraq sabah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də yollara nəzarəti gücləndirəcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də sürücülərə xüsusən məktəblərə yaxın yollarda sürət həddinə əməl etməyi tövsiyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır. Bundan başqa, yol polisi övladını 1-ci sinifə aparan valideynlərə də maksimum dərəcədə avtomobillə gəlməmələrini xahiş edir.

 

www.yenicag.az

10203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv