!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bu təklifi rədd etdim deyə... “ – Günay İbrahimlidən ŞOK İDDİA

!Reklam – Yazi

“Əvvəl haqsızlıqlar gördüm. Yenə təklif aldım və qəbul etmədim. Rədd etdim deyə, sonuncu dəfə dəvət olunmadım”.

Yenicag.az xəbər verir ki, Günay İbrahimli “Altın kələbək” mükafatı ilə bağlı açıqlamasında deyib.

O, mükafatların təqdim olunması ilə bağlı şok iddia səsləndirib:

“Belə mükafatlandırmalarda əvvəlcədən bilirlər kimə veriləcək. Bəziləri mənə yalançı, alınıb-satılma kimi gəlir”.

Müğənni bunu “Şourum” verilişində bildirib.

Qeyd edək ki, Günay İbrahimli 2018-ci ildə “Altın kələbək” uğrunda yarışa qatılıb. “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə namizədlər arasında Aygün Kazımova, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli var idi. Xalq artisti Aygün Kazımova Azərbaycanda keçirilən səsvermənin nəticələrinə uyğun olaraq tədbirdə iştirak etmək hüququ əldə etmişdi.

2021-ci ildə bu mükafata Azərbaycandan Nahidə Babaşlı layiq görülüb. Xalq artistləri Aygün Kazımova, Röya da daha öncə mükafatçılar sırasında olub.

Nehru

www.yenicag.az

479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv