!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu təlim QHT-lərin daha böyük nailiyyətlər əldə etməsinə öz töhfəsini verəcək" - İB Sədri

!Reklam – Yazi

QHT-lər üçün yeni imkanlar açılır.

30 iyul-01 avqust 2022 ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Mingəçevir şəhərində keçirilən ” QHT- lərin 1-ci İnkişaf və Mübadilə proqramı” yekunlaşdı. Tədbirdə iştirak etmiş QHT sədri kimi qeyd etmək istərdim ki, təlimdə QHT lər üçün məzmunca çox yeni,vacib və önəmli məlumatlar təqdim edildi. Proqram çox peşəkar səviyyədə QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması baxımından, QHT lərin gələcək fəaliyyətlərinin optimallaşdırılması, təkmilləşdirilməsi, həmçinin gələcək layihələrinin beynəlxalq standartlara və beynəlxalq təşkillatların tələblərinə cavab verəcəyi səviyyədə hazırlanması üçün vacib bir yol xəritəsi oldu. Bu təlim QHT-lərin gələcək fəaliyyətini keyfiyyətcə yeni səviyyəyə qaldırmaqla şəbəkələşmələrinə və beynəlxalq donorlarla əlaqələrinin daha da genişləndirilməsinə əhəmiyyətli təsir göstərəcək. Fikrimcə təlim QHT sektorunun inkişafına, strukturlaşmasına, dayanıqlığına və fəaliyyətlərinin daha geniş, səmərəli qurmalarına böyük yardım etmiş olacaq, onların peşəkarlığını artıraracaq. QHT-lərin daha böyük nailiyyətlər əldə etməsinə öz töhfəsini verəcək.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tədbiri çox yüksək səviyyədə təşkil etmişdir. Layihə effektivlik baxımından QHT lərə çox vacib və gələcəyə yönəlik fayda verməklə, həm inkişaf, həm də mübadilə formatında öz töhfəsini verə bildi.

Tədbirin təşkili bir daha dövlətin Vətəndaş Cəmiyyəti İnstutlarının inkişafında maraqlı olduğunu və bunun üçün münbit şəraitin yaradılmasının bariz nümunəsidir.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Əyyub Kərimli

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv