!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu tip sahələrin ayaqda durması üçün ciddi dəstək mexanizmlərinə ehtiyac duyulur” - ŞƏRH

!Reklam – Yazi

“Ölkə biznesmenləri dünya okeanına çıxışa malik Gürcüstan və Türkiyədən olan həmkarları ilə müqayisədə dezavantajlı durumdadır”.

Bu sözləri Azərbaycanda ixracatçı şirkət və sahibkarların xaricə məhsul çıxışında üzləşdiyi problemlərdən danışan İqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında bildirib.


O qeyd edib ki, idxal yönümlü iqtisadiyyatdan ixrac yönümlü iqtisadiyyata keçid üçün sistemli və kompleks addımlar atılmalıdır:

“Əslində, Azərbaycan iqtisadiyyatı daxili tələbatı ödəmək formatından daha çox ixrac yönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində olmalıdır. Hökümət hələ bu sahədə ciddi addımlar atmır. Ciddi surətdə ixraca təşviq yoxdur. Əksinə, ixraca çəkindirəcək çoxlu məsələlər vardır. Bu haqda çox danışılsa da, nəzərə almalıyıq ki, Azərbaycanın dünya okeanına çıxışı yoxdur. Bu da ən böyük problemimizdir.

“Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizi də tam gücü ilə işə düşməsinə müəyyən vaxt lazımdır. Hazırda ölkə biznesmenləri dünya okeanına çıxışa malik Gürcüstan və Türkiyədən olan həmkarları ilə müqayisədə dezavantajlı durumdadır. Bunların isə kompensasiyası olmalıdır. Azərbaycan şirkətləri logistika ilə əlaqədar risk və çoxlu xərclərlə üzləşirlər. Və bunun da kompensasiyası həyata keçirilməlidir. Xüsusən də bu tip sahələrin ayaqda durması üçün ciddi dəstək mexanizmlərinə ehtiyac duyulur. Lakin ölkəmizdə sistem elə qurulub ki, daha çox ixraca deyil, idxala meyilli biznes strukturu qurmağa maraqlı olurlar. Misal üçün, adicə hər hansısa mal aldıqda ƏDV ödəyirik, amma ixracla məşqul olursunuzsa, ƏDV olmadığına görə dövlət bu vergi növünü saxlayır və əlimizdə olan dövriyyə vəsaiti də aradan çıxır. Heç olmazsa, bu cür ixrac yönümlü bizneslərdə ƏDV-nin ödənilməsi mexanizmi də dəyişilməlidir ki, sahibkar gömrükdə prosedurları keçən zaman çətin vəziyyətdə qalmış olur. Yəni çox da mürəkkəb olmayan tənzimləmələr ilə ixrac yönümlü iqtisadiyyat təşkil etmək olar, lakin nədənsə bu istiqamətdə ya istəmirik, ya da beynimizi işlətməyə cəhd etmirik.
Digər tərəfdən sahibkarların ərəb və Körfəz ölkələri bazarına əlaqələr qurulmasında maarifləndirmə və potensial ixracatçıların təşkil olunan sərgilərdə iştirak etməsi istiqamətində işlər görülməlidir. İxraca meyilli iqtisadiyyatın təşkili yönümündə ciddi düşüncə tərzi dəyişilməli və kompleksli addımlar atılmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv