!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu toplantının qarşısını heç bir ölkə ala bilməz” – NATO baş katibindən QƏTİ MÖVQE

!Reklam – Yazi

“Həmin qərarın əsas məqsədi NATO ilə Ukrayna arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsidir”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna-NATO Şurasının növbəti toplantısının təşkili haqqında danışan alyansın baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, sözügedən toplantının təşkilinə heç kim maneə törədə bilməz:

“Şurasının toplantısı Ukrayna tərəfindən istənilən vaxt təyin edilə bilər. Ümumiyyətlə, Ukrayna-NATO Şurası foruma çevriləcək və alyansın üzvləri orada bərabərhüquqlu qaydada görüşəcəklər.

Yeni qurum olaraq, Ukrayna-NATO Şurası qərarların qəbulu üçün yeni orqan olaraq müəyyən üstünlüyə malikdir və onun toplantılarına heç bir ölkə, o cümlədən, Macarıstan mane ola bilməz. Şuranın yaradılmasına dair qərarın əsas məqsədi NATO ilə Ukrayna arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsidir”.

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv