!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu üç ölkə yeni nüvə sınaqlarına hazırlaşır

!Reklam – Yazi

Peyk görüntüləri üç ən güclü nüvə dövlətinin – ABŞ, Rusiya və Çinin atom bombalarının yeni sınaqlarına hazırlaşa biləcəyini göstərir.

Yenicag.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşr eksklüziv olaraq əldə edilmiş peyk şəkillərinə istinad edir ki, bu da üç nüvə dövlətinin nüvə sınağı meydançalarını fəal şəkildə modernləşdirməsini aydın göstərir.

“Rusiya, ABŞ və ya Çinin tezliklə nüvə sınaqları keçirməyə hazırlaşdığına dair heç bir dəlil olmasa da, nüfuzlu nüvə silahının yayılmaması üzrə analitikdən əldə edilən görüntülər üç sınaq meydançasında bir neçə il əvvəlkindən daha çox fəallığın olduğunu göstərir”, – CNN materialında deyilir.

Sözügedən sınaq meydançaları Sincan-Uyğur Muxtar Bölgəsində (Çin), Nevada səhrasında (ABŞ) və Novaya Zemlya arxipelaqında (Rusiya) yerləşir. Peyk görüntüləri atom bombasının sınaq yerlərinin fəal şəkildə genişləndirildiyini və yeniləndiyini, onlara yeni yolların salındığını, avtomobillərin hərəkətinin artdığını göstərir. Arktika dairəsinin üstündəki Rusiya sınaq meydançasında və quru gölün dibindəki Çin sınaq meydançasında aktiv şəkildə tunellər qazılır və amerikalılar Nevadada yeraltı kompleksi genişləndirirlər. Mütəxəssislər deyirlər ki, bu, beynəlxalq münasibətlərdə həddindən artıq gərginlik şəraitində üç ölkənin tezliklə nüvə sınaqlarını bərpa etməyə hazırlaşdıqlarının açıq əlamətləridir.

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv