!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bu ulduzlar Kralın tacqoyma mərasimində çıxış etməkdən İMTİNA ETDİ - SƏBƏB

!Reklam – Yazi

Dünyaca məşhur müğənnilər – Ed Şiran və Adel Kral III Çarlzın tacqoyma mərasiminə qatılmaqdan imtina ediblər.

Yenicag.az xəbər verir ki, Kral bu hadisə ilə bağlı təəssüf hissi keçirdiyini və məyus olduğunu bildirib.

Sənətçilərin mayın 6-da Vindzor qəsrindəki tədbirdə çıxış etməkdən imtinalarının səbəbi onların iş qrafikinin sıx olması ilə əlaqələndirilir.

III Çarlzın tacqoyma mərasimi ərəfəsində Şiranın Teksasda konserti planlaşdırılıb, Adelin sözügedən tarixdəki qrafiki haqqında isə, bir məlumat verilməyib.

Həmçinin qeyd edilir ki, III Çarlzın tədbirdə görməyi arzuladığı sənətçilər arasında Harri Stayls da var. Kral musiqi proqramını şəxsən özü seçib. O xahiş edib ki, yunan kilsə musiqisi onun 2021-ci ildə vəfat edən mərhum atası Şahzadə Filippin xatirəsinə səsləndirilsin.

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv