!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda neçə nəfər qızılcaya yoluxub? - TƏBİB-dən AÇIQLAMA

!Reklam – Yazi

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında tələbələrin qızılca virusuna yoluxması ilə bağlı məlumatında bildirilib.

Qeyd olunub ki, 2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Pasiyentlər ilkin tibbi yardım göstərilərək izolyasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir”, – deyə vurğulanıb.

***

11:06

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad filialının üç tələbəsi qızılca virusuna yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə təhsil müəssisəsindəki mənbə məlumat verib.

Bildirilib ki, ilk yoluxma bir müddət əvvəl 2004-cü il təvəllüdlü Şükürov Rahil Tahir oğlunda aşkarlanıb.

Sonra isə bu xəstəliyə 2003-cü il təvəllüdlü Mayılov Şahin Tərlan oğlu və daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Mayılov Adəm Tərlan oğlu da yoluxub.

Hər üç şəxs xəstəliklə bağlı rayondakı tibb müəssisəsinə müraciət ediblər. Hazırda onların səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, son günlər Azərbaycanda qızılcaya yoluxma halları artıb. Səhiyyə Nazirliyi də bununla bağlı bir neçə dəfə məlumat yayıb. Nazirlik sonuncu dəfə iki gün əvvəl bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edidiyini açıqlayıb. Qeyd edilib ki, hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir./iqtisadiyyat.az

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv