!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu xəstəliklər beynin sərhədlərini AŞIR - ARAŞDIRMA

!Reklam – Yazi

İnsan beyninin sərhədlərini aşan bir çox xəstəliklər var. Belə ki, güzgüyə baxanda öz üzünüzü tanımırsınız. Hətta həkimləri də təəccübləndirən xəstəliklər bunlardır.

Yenicag.az beynin sərhədlərini aşan xsətəliklərlə bağlı araşdırmanı oxuculara təqdim edir.

Bir melodiya eşitdiyiniz zaman qeydlər beyninizdə formalar əmələ gətirirmi? Əgər belədirsə, sinestetika ola bilər.

Bəs siz heç üz korluğu haqqında məlumat eşitmisiniz? Əgər siz ailə üzvlərinizdən heç birini küçədə görəndə belə tanıya bilmirsinizsə, bəlkə də üzünüz kordur.

Sinesteziya: xəstəlik yoxsa hədiyyə?

Musiqi eşitdiyiniz zaman qeydlər beyninizdə formalar əmələ gətirirmi? Və ya bir söz, yaxud ad eşidərək dərhal bir rəng görürsən. Hər kəsdə olmayan bu qeyri-adi vəziyyətin adı sinesteziyadır. Sinesteziya əslində xəstəlik deyil. Bu, bütün beş hiss orqanının bir-biri ilə qarşılıqlı əlaqədə olduğu vəziyyətdir. Daha çox solaxaylarda və ya hər iki əlindən istifadə edə bilənlərdə, bir sıra qadınlarda rast gəlinir.

Sinestetiklər müxtəlif rəqəmləri fərqli rənglər kimi görə bilirlər. Onlar 5 rəqəmini mavi, 9 rəqəmini yaşıl, yaxud “A” hərfi kimi saitləri sarı, “B” hərfi kimi samitləri qırmızı rəngdə görə bilirlər.

Öz üzünü xatırlamayanların xəstəliyi: Üz korluğu

Prosopaqnoziya və ya üz korluğu. Dünyada hər 50 adamdan birində görülən üz korluğu, insanın öz üzü də daxil olmaqla ətrafındakı insanların üzlərini ayırd etməkdə çətinlik çəkdiyi üz qavrayışı ilə əlaqəli pozğunluq, yaxud üz tanıma problemidir.

Üzü kor insanlar tanıdıqları üzləri tanıya bilmirlər. Onlar, həmçinin ailə üzvlərini ayırd etməkdə və ya tanımaqda çətinlik çəkə bilər. Bəzilərinin hətta qrup fotolarında özlərini tanımaması belə mümkündür.

Öz bədənini tanıya bilməmək: Avtotopaqnoziya

Xəstənin bədəninin yarısını və ya bir hissəsini tanıya bilməməsi və ya onun özünün olduğunu dərk edə bilməməsidir. Xəstə hətta qolunun və ya ayağının başqasına aid olduğunu iddia edə bilər.

Xəstəlikdən xəbərsiz olma vəziyyəti: Anosoqnoziya

Xəstənin xəstəliyindən xəbərsiz olduğu bir vəziyyətdir. İnsanın malik olduğu xəstəliyi qəbul edə bilməməsi, xəstəliyi tanıya bilməməsi və öz xəstəliyindən xəbərdar ola bilməməsi və ya funksional qabiliyyətini itirməsidir. Məsələn, xəstə özünün iflic olduğunu, qollarında və ayaqlarında zəiflik olduğunu qəbul etmir. Sağlam əzalarını olduğu kimi iflic olan üzvlərini də istifadə edə biləcəyini zənn edir. Anosoqnoziyanın şiddətli olduğu hallarda qol və ayaqlarındakı iflic açıq şəkildə göstərilsə belə, onu inkar etməyə davam edir.

Bir bədəndə iki beyin: Split beyin xəstəliyi

Split beyin və ya kallosal sindromda, bilindiyi kimi, tapıntılar beynin yarımkürələri arasındakı əlaqənin pozulması və ya bu əlaqəyə təsir etməsi nəticəsində baş verir. Bunu bir bədəndə iki beynin olması da adlandırmaq olar. Hər yarımkürənin öz fərqli qavrayışları, anlayışları və hərəkət impulsları ola bilər.

Parçalanmış beyin xəstəsi geyinərkən bəzən beyninin geyinmək istəyən hissəsi bir əli ilə koftasını geyinməyə, beyninin geyinmək istəməyən hissəsi isə paltarını çıxarmağa cəhd edə bilər. Split beyin xəstələri əslində siam əkizləri kimi iki ayrı beyni olan biri kimi də düşünülə bilər.

Nəsimi Ələsgərli

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv