!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu xəstəxanalarda stasionar xidmət ləğv edildi

!Reklam – Yazi

TƏBİB-ə daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli birləşmiş şəhər xəstəxanalarında, Kürdəxanı Sağlamlıq Mərkəzi, Zabrat və Zirə müalicə-diaqnostika mərkəzlərində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondu ləğv edilib, həmin müəssisələrdə yalnız ambulator-poliklinik xidmət saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Eyni zamanda, Mərkəzin tabeliyində fəaliyyət göstərən 14, 21, 23 və 29 nömrəli birləşmiş şəhər xəstəxanalarında və 8 nömrəli Şəhər Xəstəxanasında müəyyən dəyişiklik edilərək müəssisələrin sutkalıq fəaliyyətləri saxlanılmaqla stasionar, ambulator-poliklinik fəaliyyət yenidən təşkil edilib.

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv