!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yemək xərçəngə səbəb olur

!Reklam – Yazi

Taylandda təqdim edilən “Koi Pla” adlı yemək xərçəngə səbəb olur. Bu yeməyin ildə 20.000 insanın ölümünə səbəb olduğu bildirilir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, çiy balıq, göyərti, ədviyyat və limon suyu ilə hazırlanan bu yemək alimlərin diqqətini çəkib.

Məlum olub ki, qidada xərçəngə səbəb olan amil balıqlarda yaşayan parazitlərdir və yastı qurdlardır.

Mekonq bölgəsində şirin su balıqlarına xas olduğu bilinən parazitlər öd kanalı xərçəngi kimi hallara səbəb olaraq təhlükə yaradır. Taylandda yaşayan həkim Narong Khuntikeo valideynlərini itirdikdən sonra bu yeməyi daha az insanın yeməsi üçün çalışır. Həkim deyir ki, valideynləri bu məşhur yeməyi yedikdən sonra qaraciyər xərçəngindən vəfat edib. “Səssiz qatil” olaraq da adlandırılan xəstəlik, vaxtında müalicə olunmalıdır./unikal.az

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv